Xəbər lenti

Siyasət 16:15 15.03.2023

"Almaniya Azərbaycanın müttəfiqidir" - Deputat

"Azərbaycan Prezidentinin Almaniyaya səfəri ölkəmizə alman iş adamları və investisiyasının cəlbi, həm də postmüharibə dövrünün yeni reallıqlarında Azərbaycan həqiqətlərini yaymaq üçün Berlinin timsalında böyük bir dünya ictimaiyyətini məlumatlandırmaq baxımından olduqca vacibdir". 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Nəclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya olan işgüzar səfərinin nəticələrini şərh edərkən deyib. Deputat bildirib ki, Almaniya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar var:

"Azərbaycan Prezidentinin Almaniyaya ik günlük işgüzar səfərinə ikitərəfli və çoxtərərfli münasibətlər kontekstində qiymət vermək lazımdır. Almaniya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar var. Avropa İttifaqının lokomotivi olan Almaniyanın ümümdaxili məhsulunun həcmi 4 trilyon dollara çatır. Ölkədə həlledici söz sahibi kiçik və orta biznesdir. 
 


Almaniya iqtisadiyyatında əldə edilən uğurların 90 faizi məhz biznesin bu sahələrilə bağlıdır. Azərbaycan da ölkədə kiçik və orta biznesin inkişafında maraqlıdır. İlham Əliyev səfər çərçivəsində ilk növbədə alman iş adamları ilə görüşərək, onları ölkəmizin iqtisadi potensialı barədə məlumatlandırıb, Azərbaycanın Aİ-nin enerji təminatında mühüm çəkiyə malik olmasını xüsusi olaraq vurğulayıb. Azərbaycan bu il 24 milyard kubmetr qaz ixrac edəcək ki, onun da yarıdan çoxu Avropa ölkələrinin payına düşəcək”. 

Deputat qeyd edib ki, Berlinlə Bakı arasında əlaqələr çoxtərəfli münasibətlər çərçivəsində də inkişaf edir:

"Almaniya ilə münasibətlərə Aİ-Azərbaycan münasibətləri kontekstində də qiymət verməliyik. Bakının Avropa Komissiyası ilə sıx təmaslar var. Keçən ilin iyulunda Aİ Komisiyasının rəhbəri Ursula fon Der Layenin Bakıya səfəri zamanı tərəflər arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalandı”.
 
Elman Nəsirovun fikrincə, Azərbaycan Prezidentinin Almaniya Prezidenti və Kanslerlə keçirdiyi görüşlər ikitərəfli siyasi əlaqələrimizin daha da genişlənməsinə xidmət edir:

"İlham Əliyev bu görüşlərdə Cənubi Qafqazdakı təhlükəsizlik məsələsi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində Bakının atdığı addımlar, sülh müqaviləsilə bağlı irəli sürdüyümüz 5 baza prinsipi, İrəvanın isə sülh prosesini yubatması kimi məsələlərə diqqət çəkib. Prezident sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılması məsələsindən də danışıb”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->