Xəbər lenti

Almaniya ilə oyun öncəsi millimizdə 2 itki var
İdman08:21 21.03.2017

Almaniya ilə oyun öncəsi millimizdə 2 itki var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan milli komandası Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı ərəfəsində iki futbolçu itkisi ilə üzləşib.

"Qaynar"-ın Report-a istinadən məlumatına görə, “Neftçi”dən dəvət edilmiş Ruslan Abışov və Namiq Ələsgərov zədəli olduqları üçün millinin düşərgəsindən ayrılıblar.

Onlar hazırda təlim-məşq toplanışında olan komandanı tərk ediblər. Bununla da millidə “Neftçi”nin heç bir oyunçusu qalmayıb.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

Qaynar.Az