Xəbər lenti

Almaniya kansleri Aİ-yə üzvlük prosedurunu sadələşdirməyə çağırdı
Dünya19:36 19.06.2022

Almaniya kansleri Aİ-yə üzvlük prosedurunu sadələşdirməyə çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya baş kansleri Olaf Şolts hesab edir ki, Avropa İttifaqı bütün sahələrdə yekdil qərar qəbul etmə prinsipindən uzaqlaşmalıdır. İyunun 23-24-də Brüsseldə keçiriləcək sammitdə problemə toxunulacaq.
Kansler yeni üzvlərin qəbulunu asanlaşdırmaq üçün Avropa İttifaqında islahatların aparılmasının tərəfdarıdır. 
Qaynarinfo "Deutsche Welle" nəşrinə istinadən xəbər verir ki, o, bunu şənbə günü "DPA” agentliyinə müsahibəsində deyib.
Şoltsa görə, yalnız namizədlər üzv olmağa hazırlaşmamalıdırlar. Avropa İttifaqının özü də yeni üzvlərin qəbuluna hazırlaşmalıdır: "Bunun üçün o öz strukturlarını və qərar qəbuletmə proseslərini modernləşdirməlidir. Bu gün prosedur yekdilliyi nəzərdə tutsa belə, yekdilliklə qərar qəbul etmək həmişə mümkün olmur".
Onun sözlərinə görə, 23-24 iyunda keçiriləcək Aİ sammitində bu məsələyə toxunmaq istəyir.
Aİ-yə üzv olan 27 ölkənin dövlət və hökumət başçıları Ukrayna, Moldova və Gürcüstanın üzvlüklə bağlı müraciətlərinə baxacaqlar. Avropa Komissiyası ilk iki ölkəyə Aİ üzvlüyünə rəsmi namizəd statusunun verilməsini tövsiyə edib. Şolts, iyunun 16-da Kiyevə səfəri zamanı da bu yanaşmanı dəstəklədiyini açıqlamışdır.
Namizəd statusunun verilməsi yalnız üzv ölkələrin yekdil dəstəyi ilə mümkündür. DPA agentliyi qeyd edir ki, uzun müddətdir Aİ-də bu prinsipin yumşaldılması ilə bağlı müzakirələr gedir. Bununla belə, yanaşmada islahatların aparılması qərarı yalnız İttifaqın bütün üzv dövlətləri tərəfindən qəbul edilə bilər.
Almaniya kansleri Qərbi Balkanlara impuls vermək istəyir
Bir həftə əvvəl Avropa Parlamenti (AP) Aİ-də hərtərəfli islahatları təsdiqləmək üçün konqres çağırıb. AP siyasətin demək olar ki, bütün sahələrində iştirakçı ölkələrin mütləq əksəriyyətin təsdiqi yanaşmasından uzaqlaşmağa çağırır.
Almaniya kansleri həmçinin ümid edir ki, sammit təxminən iyirmi ildir Aİ-yə üzvlüyünü gözləyən Qərbi Balkanlara impuls verəcək. "Biz Qərbi Balkan dövlətlərinə ciddi olduğumuzu göstərməliyik. Albaniya və Şimali Makedoniya Aİ-yə daxil olmaq üzrə substantiv danışıqlara başlamaq üçün bütün tələblərə cavab verirlər və danışıqlar helə indi başlanılmalıdır", - Şolts bildirib.
Kiyevə namizəd statusu məsələsinə iyunun 23-24-də baxılacaq. İyunun 17-də Avropa Komissiyası (AK) Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib. Bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məlumat verib. Brüsseldə oxşar tövsiyə Moldova üçün də verilib. Gürcüstana gəlincə, AK Tbilisinin Avropa perspektivini tanıyıb, lakin ölkəyə namizəd statusu verilməzdən əvvəl geniş spektrli islahatlar həyata keçirməli olacağını bildirib.
İslahatlar iki ölkədə də nəzərdə tutulub. İslahatlar Ukrayna üçün yeddi, Moldova üçün doqquz addımdan ibarətdir. Gürcüstan 12 şərti yerinə yetirməli olacaq.
Nizami Bağırov