Xəbər lenti

Almaniya Rusiyaya görə NATO-nu tənqid etdi
Dünya16:20 19.06.2016

Almaniya Rusiyaya görə NATO-nu tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya Rusiya ilə beynəlxalq tərəfdaşlıqda maraqlıdır.

Bu sözləri jurnalistlərə Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer deyib.

O, NATO-nun Şərqi Avropada genişmiqyaslı “Saber Strayk” (Qılıncla zərbə – red.) təlimləri keçməsini tənqid edib.

Onun sözlərinə görə, bu cür addımlar Rusiya ilə NATO arasında gərginliyi artırır:

“Əgər kimsə düşünür ki, bu təlimlər Alyansın şərq sərhədlərinin təhlükəsizliyi üçün önəmlidir, o, böyük səhv edir”.

Qeyd edək ki, NATO bir müddət öncə 10 min hərbçi ilə 13 ölkədə “Qılıncla zərbə” təlimləri keçib. (axar.az)

Qaynarinfo.az