Xəbər lenti

Almaniya Telegram-a qarşı araşdırmalara başladı – Sərt xəbərdarlıq
Dünya16:08 31.01.2022

Almaniya Telegram-a qarşı araşdırmalara başladı – Sərt xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyada mümkün cərimələrə görə Telegram messencerinə qarşı iki araşdırma aparılır. Artıq bu barədə şirkətə məlumat verilib.
Qaynarinfo xəbər verir ki, Almaniya Ədliyyə Nazirliyinin nümayəndəsinin brifinqdə verdiyi məlumata görə, araşdırmalar çərçivəsində Telegram-ın baş qərargahının yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərinə dinləmələrlə bağlı iki məktub göndərilib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya hakimiyyətinin Telegram-da açıq şəkildə müharibə elan etdiyini bildirmişdi. Onun sözlərinə görə, Almaniya hökumətinin iki üzvü ilə eyni vaxtda müsahibə messencerə müharibə elan etməkdən başqa cür qiymətləndirilə bilməz.
Bundan əvvəl Almaniyanın daxili işlər naziri Nensi Feser qeyd edib ki, Almaniya qanunvericiliyinin tələblərinə əməl etməyə başlamazsa, bu ölkədə messenceri bloklaya bilər. Öz növbəsində Almaniyanın ədliyyə naziri Marko Buşman Almaniya qanunlarını pozduğuna görə messenceri milyonlarla cərimə ilə hədələyib.
 
Alpər