Xəbər lenti

Almaniya Ukraynaya ağır silah göndərməyə davam edir – 7 haubitsa
Dünya09:43 06.05.2022

Almaniya Ukraynaya ağır silah göndərməyə davam edir – 7 haubitsa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Ukraynaya 7 özü yeriyən haubitsa göndərəcək.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniya müdafiə naziri bildirib.
Almaniya bundan əvvəl də 5 belə silahın Ukraynaya veriləcəyinə söz vermişdi.
Almaniya hökuməti daxili və xarici təzyiqlər nəticəsində Ukraynaya ağır silahlar göndərməmək siyasətini keçən həftə dəyişmək məcburiyyətində qalıb.
Müdafiə naziri Kristina Lambrext silahların gələn həftə Ukraynaya çatdırılacağını bildirib.
Bundan əlavə, gələn həftə 20 Ukrayna hərbçisi Almaniyada bu haubitsalardan istifadəni öyrənmək üçün təlimə başlayacaq.
Berlin Kiyevi həm də alman müdafiə sənayesi şirkətinin istehsalı olan haubitsaların silah paketi ilə də təmin edəcək. Daha sonra silah alışı üçün Kiyev özü bir başa şirkətlə əlaqəyə keçəcək.
"Panzerhaubitsa 2000” Almaniyanın ən güclü silahlarından biridir və 40 km məsafədəki hədəfi vura bilir.
Bundan qabaq isə Almaniya Ukraynaya "Gepard” hava hücumundan müdafiə tankları göndərib. 
Nurlan Hüseynov