Xəbər lenti

Almaniya XİN şefi Moskvaya PUA zərbələrini qanuni hesab etdi
Dünya14:57 22.08.2023

Almaniya XİN şefi Moskvaya PUA zərbələrini qanuni hesab etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya Federasiyasının paytaxtı Moskvaya PUA zərbələrini qanuni hesab edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Tagesschau" məlumat yayıb.
Berbok qeyd edib ki, Ukraynaya hücum edən Rusiya olub və Ukrayna "beynəlxalq hüquq çərçivəsində müdafiə olunur”.
Estoniya Müdafiə Nazirliyinin rəhbəri Marqus Tsahna ilə birgə mətbuat konfransında o, Ukraynada baş verən hər şeyə görə Rusiyanın məsuliyyət daşıdığını vurğulayıb.
Almaniyanın xarici işlər naziri həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinə əks-hücum əməliyyatı zamanı Rusiyanın mina sahələrini aşmaq üçün ilk növbədə material və texnika lazımdır.
Almaniyanın "Taurus" qanadlı raketlərini tədarük edib-etməyəcəyini soruşduqda, Berbok ölkəsinin "bunun üzərində çox çalışdığını" söyləyib.
Nizami Bağırov