Xəbər lenti

Almaniyada barbarlardan qorunmaq tikilən 1700 illik qala tapıldı
Dünya13:23 04.04.2024

Almaniyada barbarlardan qorunmaq tikilən 1700 illik qala tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Alman arxeoloqları Almaniyanın qərbində Belçika ilə sərhəddə yerləşən Axen şəhərində qazıntılar zamanı Roma qalasının xarabalıqlarını aşkar ediblər. Təhlillər göstərir ki, qalan 1700 il əvvəl tikilib. 
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri Axen şəhərinin rəsmi saytında dərc olunub.
Tarixçilər 140 ildən artıqdır ki, bu ərazidə təxminən eramızın III əsrinin ikinci yarısında Roma yaşayış məntəqəsini dağıdan barbar frank tayfalarının hücumlarından müdafiə üçün qədim romalılar tərəfindən tikilmiş istehkamların olmasından şübhələnirlər. Onların təxminləri yalnız 2014-cü ildə təsdiqlənib və strukturların qazıntılarına 10 ildən sonra başlanılıb.
Alimlərin fikrincə, divarın tikilmə üsulu dərhal onun Roma mənşəyini göstərib. Bunu beton harç və hörgü sübut edir. Bundan əlavə, bünövrənin ölçüləri və qurulması üsulu orta əsrlərdə istifadə edilən üsullardan fərqlənir.
Arxeoloqlar uzunluğu təxminən 7 metr və qalınlığı 1 metrdən bir qədər az olan istehkamların bir hissəsini qazıblar. Bütün divarın tam uzunluğu naməlum olaraq qalır.
Aydın