Xəbər lenti

Almaniyada seçkilər: Faşistlər Bundestaqda (FOTOLAR)
Dünya05:53 25.09.2017

Almaniyada seçkilər: Faşistlər Bundestaqda (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyada Bundestaq üzvlərini müəyyənləşdirmək üçün dünən keçirilən seçkilərin nəticəsi məlum olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, kansler Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyası 33%-lə seçkilərin qalibi olub. Merkel seçkiləri qazansa da, 9% səs itirib və II Dünya müharibəsindən bəri partiyası ən pis nəticəni göstərib.

Sosial Demokratlar Partiyası 5% səs itirərək 20%-lə 2-ci yerdə qərarlaşıb, lakin partiya hökümətdə yer almayacağını açıqlayıb və müxalifətə keçəcəyini bildirib. Azad Demokrat Partiyası 10,7%, Sol Partiyası 9,2%, Yaşıllar isə 8,9% səs toplayıb. 

Seçkilərin ən gözlənilməz nəticəsi isə faşist Almaniya Alternativ Partiyasının 12,6 səslə 3-cü sırada qərarlaşması olub. AAP Adolf Hitler dövründən sonra hakimiyyətdə iştirak edəcək ilk faşist partiyası olub.

Ölkənin bir çox bölgəsində faşistlərin Bundestaqa daxil olması insanlar tərəfindən narazılıqla qarşılanıb və aksiyalar təşkil edilib. Adolf Hitlerin maliyyə naziri Luts von Kroziqin nəvəsi Biatriks von Ştoriyx isə AAP üzvləri ilə uğurlarını qeyd ediblər.

Gülşən

Qaynarinfo.Az