
Almaniyada hər il ənənəvi olaraq keçirilən "Oktoberfest" festivalının açılışı olub.
Qaynar.info xəbər verir ki, festivala Münhen bələdiyyə sədri Kristian Udenin pivə çəlləyini açması ilə start verilib.
Ude çıxışı zamanı iştirakçılara çox içməməyi tövsiyyə edib: "Burada xoşuma gəlməyən şey insanların yarışırmış kimi içmələridir. Dünyaya axmaq olduğumuzu isbat etməyiniz lazım deyil".
Oktyabrın 6-a qədər davam edəcək festivala Almaniya və dünyanın bir sıra ölkələrindən 6 milyona yaxın insanın qatılacağı gözlənilir.
Qeyd edək ki, ilk dəfə 1810-cu ildə şahzadə Lüdoviq və xanımı Terezanın şərəfinə keçirilən bu festival o vaxtdan bəri ənənəvi hal alıb. Festival müharibələr, iqtisadi böhran və yoluxucu xəstəliklər səbəbindən bəzi illərdə təxirə də salınıb.
Qaynar.info













