Xəbər lenti

Almaniyanın müdafiə naziri istefa verdi
Dünya11:49 16.01.2023

Almaniyanın müdafiə naziri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın müdafiə naziri postunu tutan Kristina Lambrext kansler Olaf Şolzdan onu tutduğu vəzifədən azad etməyi rəsmən xahiş edib.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Alman mətbuatı Lambrextin tutduğu vəzifədən gözlənilən istefası haqda yazıb. Mənbələrin bildirdiyinə görə, istefa təşəbbüsü Federal Kanslerin ofisindən deyil, özündən gəlib.
Nazirin postunu tərk etməsinin səbəbini media bir sıra qalmaqallarla əlaqələndirib ki, bunlardan sonuncusu "uğursuz” Yeni il təbriki olub. O, atəşfəşanlıq fonunda Ukraynadakı vəziyyəti xatırladıb, "çoxlu xüsusi təəssüratlar aldığını" və "maraqlı insanlarla çoxlu görüşlər keçirdiyini" qeyd edib.
Eyni zamanda, Almaniya Müdafiə Nazirliyi Lambrextin getməsi ilə bağlı məlumatları şayiə adlandırıb.
Alpər