Almaniyanın yeni müdafiə nazirinin kimliyi müəyyənləşib.
Qaynarinfo "Spigel"ə istindən xəbər verir ki, Boris Pistorius ölkənin yeni müdafiə naziri təyin
edilib.
O, bu vəzifədə dünən istefa verən Kristina Lambrexti əvəz edib.
Qeyd edək ki, Kristina Lambrextin postunu tərk etməsinin səbəbini media bir sıra qalmaqallarla əlaqələndirib. Bunlardan sonuncusu "uğursuz” Yeni il təbriki olub. O, atəşfəşanlıq fonunda Ukraynadakı vəziyyəti xatırladıb, "çoxlu xüsusi təəssüratlar aldığını" və "maraqlı insanlarla çoxlu görüşlər keçirdiyini" qeyd edib.
Aydın