Xəbər lenti

Almaniyanın yeni səfirinin adı açıqlandı
Ölkə15:01 14.06.2013

Almaniyanın yeni səfirinin adı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın Azərbaycanda yeni səfiri Haydrun Tempel (Heidrun Tempel) olacaq. Bu barədə cümə günü Trend-ə Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, Haydrun Tempelin namizədliyi Azərbaycan hökuməti ilə razılaşdırılıb.

Qeyd edək ki, Haydrun Tempel Herbert Kvelleni əvəz edəcək.

Herbert Kvelle iyul ayında Azərbaycanda diplomatik missiyasını başa vurur.