Xəbər lenti

Almanlar ən çox nədən qorxur? (SİYAHI)
Dünya19:21 14.08.2017

Almanlar ən çox nədən qorxur? (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İqlim dəyişikliyi, yeni müharibələr və terror aktları hazırda Almaniya sakinlərinin əsas qorxularıdır.

"Qaynarinfo" Trend-ə istinadən xəbər verir ki, bu, yeni rəy sorğusu nəticəsində məlum olub.

Rəy sorğusuna əsasən, almanların 71 faizi qlobal istiləşməni başlıca təhlükə mənbəyi hesab edir. 65 faiz respondent yeni müharibələrdən, 63 faiz terror aktlarından qorxduğunu ifadə edib.

"Qorxu reytinqi"ndə növbəti sıralarda cinayət (62%), qocalıq zamanı yoxsulluq (59%), qaçqın axını (45%) və işsizlik (33%) yer alıb.

Qaynarinfo.Az