Xəbər lenti

Amaliya Pənahova: “Leyla Şıxlinskaya sənətkar deyil”
Maqazin14:59 10.06.2016

Amaliya Pənahova: “Leyla Şıxlinskaya sənətkar deyil”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə Xalq artisti Amaliya Pənahovanın bostanına daş atan Leyla Şıxlinskayanın cavabı heç də gecikməyib.

Qaynarinfo.az xəbər verir ki, Pənahovanın səsini uğursuz hesab edən Leyla Şıxlinskayaya xalq artisti Amaliya Pəhanovanın cavabı sərt olub. Pənahova Şıxlinskayanı sənətkar olmadığını  vurğulayıb

“Sırf o mənim haqda fikir söyləyib, deyə Leyla Şıxlinskaya haqda danışmaq fikrində deyiləm.Sadəcə onu deyim ki, o sənətkar deyil, biznesmendir.   Dilimizi bilmir və filmlərə çəkilib. Amma birinci “Arşın mal alan” filmi ilə ikincinin fərqini görürsünüz.  O, dili bilmir və Azərbaycan dilini sevmir.  Gərək Leyla xanım minnətdar olardı ki, səsim o filmdə səsləndirilib. Təvazökarlıqdan uzaq  olsa da səsim filmə rövnəq gətirib”

Xatırladaq ki,  “V element” verilişində “Gün keçdi” filmində  canlandırıdığı Əsmər obrazını səsləndirən Amaliya Pənahova haqqında bunları demişdi: “Amaliya xanım başqa aktrisalar kimi Əsmər obrazının sınaq çəkilişlərində iştirak edib. Məsələ yaşda deyil, kim kimdən böyükdür, kiçikdir.Filmdə səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi”.

Qaynarinfo.az