Ekonomiks 12:09 17.01.2023

Şamaxının məşhur oteli məhkəməyə verildi

"Şamaxı Palace Hotel” yanğın təhlükəsiz qaydalarının pozulmasına görə cərimələnə bilər. 

Qaynarinfo-nun məlumatına görə, "Yeni Şamaxı Hotel Company” MMC İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub.

Şamaxı rayonunun Şərədil kəndi ərazisində yerləşən "Şamaxı Palace Hotel” İXM-nin 518.1 maddəsi ilə ittiham olunur. Belə ki, sözügedən iaşə obyektində yanğın təhlükəsizliyi ilə bağlı tələblər yerinə yetirilməyib. Bu maddəyə görə, vəzifəli şəxslərə xəbərdarlıq edilir və hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Şamaxı Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Natiq İsmayılov sədrlik edəcək.

Qeyd edək ki, adıçəkilən MMC-nin qanuni təmsilçisi Çingiz Hacıyev Məmməd oğludur.

Əhməd