ABŞ-ın elektron ticarət nəhəngi Amazon yeni tip koronavirus səbəbindən artan tələbləri qarşılamaq üçün 100 min yeni işçi işə götürəcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Amazonun qlobal əməliyyatlardan məsul olan müdir müavini Deyv Klark qələmə aldığı blok yazısında epidemiya səbəbindən elektron ticarətdə önəmli artım olduğunu və əlavə işçiyə ehtiyac yarandığını qeyd edib. Bundan başqa şirkətdən işçilərin əmək haqqılarının da artırılacağı və bunun üçün 350 milyon dollar investisiya qoyulacağı açıqlanıb.
Beləliklə, ABŞ-da saatlıq məvaciblərin 2 dollar, İngiltərədə 2 sterlinq, Avropada isə 2 avro artırılacağı qeyd edilib.
Camal