Xəbər lenti

AMEA-da struktur islahatları aparılır
Ölkə11:05 06.02.2019

AMEA-da struktur islahatları aparılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları gedir”.
Qaynarinfo xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, hazırda akademiya islahatlar paketini hazırlayır: "Paketdə müxtəlif struktur dəyişikliyi olması nəzərdə tutulub”.
"Ədəbiyyat İnstitutu ilə Dilçilik İnstitutunun birləşdirilməsi ilə bağlı yayılan məlumatlar doğrudurmu?" - sualına cavabında isə İ.Həbibbəyli hansı struktur dəyişikliyi olması barədə əvvəlcədən məlumat vermək istəmədiyini deyib.