
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirlən iclasında bəzi struktur dəyişiklikləri təsdiqlənib və yeni kadr təyinatları olub.
Trend-in məlumatına görə, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Maliyyə-iqtisad şöbəsi ilə Mühasibat, uçot və hesabat şöbəsi birləşdirilərək Maliyyə, mühasibat uçotu və hesabatı şöbəsi yaradılıb.
İclasda bildirilib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə bu şöbənin rəisi vəzifəsinə iqtisad üzrə fəlsəfə doktoru İlqar Quliyev təyin edilib. AMEA RH Mərkəzi Aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəis müavini vəzifəsinə Zərifə Əliyeva, Hüquqi təminat şöbəsinin rəis müavini vəzifəsinə hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasıyev, Beynəlxalq Əlaqələr İdarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi vəzifəsinə Ulduz Həşimova və onun müavini vəzifəsinə Tərlan Əliyeva, Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Bünyamin Seyidov, Ümumi şöbənin rəisi vəzifəsinə Sevinc Həsənova təyin olunub. Toğrul Muradov, Hikmət Quliyev və Səfa Qarayev AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsinə təsdiq olunublar.