Xəbər lenti

AMEA-da yeni şöbə yaradıldı
Ölkə17:26 07.04.2025

AMEA-da yeni şöbə yaradıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyasında yeni şöbə yaradılıb.
Bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli məlumat verib.
Belə ki, Dilçilik İnstitunda Kompüter Dilçiliyi şöbəsinin texniki bazası əsasında Süni İntellekt və Kompüter Dilçilik şöbəsi yaradılıb. 
O qeyd edib ki, Şöbənin yaradılması bu gün Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən təsdiq olunub. 
Şöbənin əsas məqsədi Azərbaycan dilinin riyazi-statistik metodlar və kompüterlər vasitəsilə öyrənilməsi, süni intellekt və maşın tərcüməsi problemləri, statistik və elektron lüğətlərin tərtibi məsələləri, klassiklərin və abidələrin dilinin riyazi- statistik metodlarla tədqiqi, təbii dilin emalı, təhlil və sintez alqoritmlərinin tərtibi, korpus dilçiliyi, Azərbaycan dilinin milli korpusunun yaradılması, Azərbaycan dilinin internet məkanında geniş istifadəsinin təmin edilməsi üçün linqvistik-tətbiqi texnologiyaların hazırlanması hesab olunur.//Modern.az