Xəbər lenti

AMEA-nın bir sıra institutlarına təyinatlar oldu
Ölkə19:52 01.10.2021

AMEA-nın bir sıra institutlarına təyinatlar oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Akademik Gövhər Baxşəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun, iqtisad elmləri doktoru Nazim İmanov AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru vəzifələrinə təsdiq olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Həmçinin Nərmin Adıgözəlova AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, aqrar elmlər üzrə fəlsəfə doktoru Sultan Hüseynova isə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi vəzifələrinə təsdiq edilib.