
Atlantik okeanında yeni tropik fırtına qasırğaya çevrilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Mariya adı verilən qasırğa bu gecədən etibarən Karib bölgəsinə şiddətli külək və yağışla gələcək.
ABŞ milli qasırğa mərkəzi açıqlama verərək bildirib ki, qasırğa güclənərək 1-ci kateqoriyaya yüksəlib və sürəti saatda 120 km-ə çatır. İrma və Harvey qasırğasının viran qoyduğu Karib adaları növbəti dəfə təbiətlə üz-üzə gələcək.
Qeyd edək ki, İrma qasırğası Karib bölgəsində 37 nəfərin ölümünə səbəb olmuşdu.
Gülşən
Qaynarinfo.Az