Xəbər lenti

Amerikada Demokratların 75%-i artıq Baydeni istəmir
Dünya10:36 27.07.2022

Amerikada Demokratların 75%-i artıq Baydeni istəmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerikada demokratların 75 faizi artıq Baydeni istəmir
Qaynarinfo xəbər verir ki, bunu CNN-in sorğusu göstərib.
CNN-in yeni sorğusunun nəticələrindən sonra üzə çıxıb ki, ABŞ-da Demokratik Partiya seçicilərinin 75%-i 2024-cü ildə Co Baydendən başqa birinin ABŞ prezidenti olmasını istəyir. Bu statistika 2022-ci ilin əvvəli ilə müqayisədə xeyli artıb.
Son sorğunun statistik nəticələri sübut edir ki, Baydenin populyarlığı getdikcə azalır, inflyasiya yüksəkdir və amerikalıların əksəriyyəti ölkənin iqtisadi vəziyyətindən narazıdır.
 Çərşənbə axşamı ABŞ iqtisadiyyatının vəziyyəti ilə bağlı açıqlanan hesabatda istehlakçı inamının ardıcıl üçüncü ay aşağı düşdüyü göstərilir.
CNN-in hesabatına görə, Demokrat seçicilərin və bu partiyaya meyilli insanların 24%-i namizəd olmaq üçün Baydendən başqasına üstünlük verəcəyini bildirib. Çünki onun uduzacağını bilirlər. 32% respondent isə Baydenin yenidən qalib gəlməsini istəmədiklərini bildirib və Demokrat Partiya tərəfdarlarının yalnız 25%-i hələ də Co Baydenin prezident olmasını istəyir. Halbuki yanvar və fevral aylarında bu rəqəm 45% olub.
M.Arif