Dünya 17:37 03.12.2023

Amerikalı general Çin-Tayvan münaqişəsindən narahatdır

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri Çarlz Braun deyib ki, Vaşinqton Çinin Tayvana mümkün müdaxiləsindən narahat olmalıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

O, Pekin və Taypey arasında mümkün münaqişəni şərh edərkən Birləşmiş Ştatların "bunun baş verib-verməyəcəyindən narahat olması lazım olduğunu" vurğulayıb.

"Və bu, münaqişədən qaçmaq üçün çəkindirmənin bu qədər vacib olmasının səbəblərindən biridir", deyə Braun bildirib.

JCS rəhbəri vurğulayıb ki, ABŞ Çinin Tayvana hərbi formada olmasa da, etdiyi təzyiqlərə diqqət yetirməlidir:

"Çinin bu gün gördüyü işlərdən bəziləri, bilirsiniz ki, Tayvana, Hind-Sakit Okean ölkələrinə təzyiq göstərmək, istər iqtisadi, istərsə də bir növ hərbi mənada, biz təzyiqin davam etdiyini görürük. Pekin Tayvanı və ya digər ölkələri öz mənfəətləri üçün zəiflətmək istəyir".

Aydın