Xəbər lenti

Amerikalı həmsədr cəbhə xəttinə gedir
Ölkə11:21 10.09.2013

Amerikalı həmsədr cəbhə xəttinə gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik qoşunların təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcək.

APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, monitorinqin sentyabrın 13-də təmas xəttinin Əskəran istiqamətində keçirilməsi planlaşdırılıb.  

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi İrji Aberle də Dağlıq Qarabağ istiqamətindən prosesi müşahidə edəcəklər. 

Xatırladaq ki, C. Uorlik həmsədr qismində bölgəyə ilk dəfə səfərə gəlib.

Qaynar.info