Xəbər lenti

Amerikanın məşhur "Filliqar" rok qrupu Azərbaycanda
Ölkə14:32 27.06.2013

Amerikanın məşhur "Filliqar" rok qrupu Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Bu gün Amerikanın məşhur "Filliqar" rok qrupunun Bakıda konserti keçirilir. Trend-in məlumatına görə, Amerikanın məşhur "Filliqar" rok qrupunun Azərbaycana səfəri ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.
 
"Filliqar" rok qrupunun Azərbaycana səfəri, ABŞ Dövlət Departamentinin himayədarlığı altında həyata keçirilən, mədəniyyətlərarası anlaşmanı və əməkdaşlığı gücləndirmək məqsədini daşıyan "Mədəniyyət Elçiləri" proqramı çərçivəsində həyata keçirilir.
 
"Filliqar" Azərbaycanın Bakı, Qəbələ, Şəki, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində açıq havada ictimai konsertlər verəcək və yerli musiqiçilər üçün bir sıra rok master klasslar keçirəcək.
 
"Filliqar" iyunun 27-dən iyulun 7-ə kimi Azərbaycanda səfərdə olacaq.

Qaynar.info