Xəbər lenti

Amit Quluzadə Avstriya klubunda
İdman14:59 18.02.2022

Amit Quluzadə Avstriya klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə karyerasını Avstriyada davam etdirəcək.
Qayanrinfo xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ATSV Stadl-Paura" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Region Liqası təmsilçisi Quluzadə ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Amit Quluzadə daha əvvəl "Rəvan”, "Sumqayıt”, "Qəbələ”, "Səbail”, "Ərciyəsspor” (Türkiyə), "Atletiko” (Portuqaliya), AEL (Yunanıstan), "Drita” (Kosovo), "Çelik”də (Bosniya və Hersoqovina) və "Milsami"də (Moldova) çıxış edib.