Xəbər lenti

Amnistiya Aktı şamil olunan 101 nəfər azadlığa buraxıldı
Ölkə08:21 11.11.2021

Amnistiya Aktı şamil olunan 101 nəfər azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Amnistiya Aktının imzalandığı günün səhəri, yəni noyabrın 6-da Penitensiar Xidmət üzrə 36 nəfər məhkum azadlığa buraxılıb".
Qaynarinfo xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub və onlar azadlığa buraxılıblar.