Xəbər lenti

Amnistiya Aktının icrası başa çatdı
Ölkə09:45 06.03.2022

Amnistiya Aktının icrası başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının icrası başa çatıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.
Onun sözlərinə görə, Amnistiya Aktının icrası ötən gün yekunlaşıb.
Xatırladaq ki, Amnistiya Aktının icrasının başa çatması ilə bağlı martın 11-də nazirliyin aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.