Xəbər lenti

Anar Məmmədov radio barədə xəbərləri təkzib etdi
Ölkə06:11 16.07.2013

Anar Məmmədov radio barədə xəbərləri təkzib etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant-Holding”in rəhbəri Anar Məmmədovun radio açması ilə bağlı ötən gün yayılan xəbərlər təkzib edildi. 

Bu barədə Modern.az saytına məlumat verən “Garant-Holding”in hüquqşünası Ruslan Məmmədov Anar Məmmədovun bu işə aidiyyatı olmadığını bildirib. Onun sözlərinə görə, yeni açılacaq radionun nə rəhbərliyinin, nə də təsisçilərinin Anar Məmmədovla bağlılığı var.

“Bunun bizə heç bir aidiyyatı yoxdur. Məlumatlar tamamilə yalnışdır”, - deyə R.Məmmədov məsələyə aydınlıq gətirib. 

Qeyd edək ki, Anar Məmmədovun radio açması ilə bağlı məlumatda bildirilirdi ki, “107.7 FM” adlanacaq radio sentyabrda fəaliyyətə başlayacaq.