Bu gün "Bakılı oğlanlar" komandasının kapitanı, millət vəkili Anar Məmmədxanovun vəfat etdiyi gündür. Qaynarinfo.az xəbər verir ki, keçmiş millət vəkilinin vəfatından 5 il ötür.
Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib.
1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü seçilib. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.
Birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisin deputatı seçilib. 23 aprel 2011-ci ildə ürək tutmasından vəfat edib.
Vəfat edərkən evli olan Anar Məmmədxanovun Məryəm, İslam və Mədinə adlı 3 övladı qalıb.