Xəbər lenti

Anar Niftəliyev: “Günahkar həkimlər iş başındadır"
Ölkə10:40 30.09.2013

Anar Niftəliyev: “Günahkar həkimlər iş başındadır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də Bakıdakı “MediSina” Tibb Mərkəzində cərrahiyyə əməliyyatına hazırlıq zamanı vurulan narkozdan keçinib. 

Ötən həftə tənqidçinin ölümü ilə bağlı cinayət işi başlanıb. Nəsimi Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə araşdırır.

Elnarə Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev sentyabrın 30-da “Media forum” saytına açıqlamasında deyib ki, ötən şənbə günü istintaqa ifadə verib.

Anar Niftəliyev qeyd edib ki, məhkəmə-tibb ekspertizasının nəticəsi hələ açıqlamayıb: “Bizə ekspertizanın nəticəsini 10-14 gün ərzində açıqlayacaqlarını söyləmişdilər. Bu gün artıq 11-ci gündür. Həkimlərdən saxlanılan yoxdur. Öz fəaliyyətlərini davam etdirirlər. Halbuki istintaq gedən müddətdə onların həkimlik fəaliyyəti dayandırılmalıdır. Həmin həkimlər yenə işə çıxıb, əməliyyatlarını davam etdirirlər. Anestezioloq da iş başındadır. Bilinmir növbəti qurban kim olacaq”.

Qaynar.info