Xəbər lenti

Anasından Mançiniyə məsləhət: "Mən olsam..."
İdman07:44 26.03.2022

Anasından Mançiniyə məsləhət: "Mən olsam..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
DÇ-2022-nin pley-off mərhələsində Şimali Makedoniyaya məğlub olan İtaliya millisinin çempionatla vidalaşması birmənalı qarşılanmadı.
Qaynarinfo xəbər verir ki, İtaliyanın DÇ-dən kənarda qalmasının əks-sədaları hələ də davam edir. İtaliya mətbuatı baş məşqçi Roberto Mançinini tənqid hədəfinə çevirib. Bu arada təcrübəli mütəxəssisn anası da məğlubiyyətə şərh verib.
"Corriere dello Sport"da yer alan xəbərə görə, məşqçinin anası Marianna Puolo "Biz hücumda yaxşı deyildik. Oğluma məsləhət vermək istəmirəm, amma Mario Balotellini milliyə çağırardım. Çünki çox yaxşı fiziki gücə malikdir və heç kim onu ​​qapı qarşısında dayandıra bilməz” - deyib.
Mançini əvvəlki beynəlxalq fasilədə Balotelliyə zəng etsə də, "Adana Dəmirspor"da çıxış edən futbolçu Şimali Makedoniya matçının siyahısına salınmamışdı. İtaliyada keçirilən bu matçda Mançini hücumçu kimi Çiro İmmobileyə üstünlük verib.
31 yaşlı Balotelli bu mövsüm "Adana Dəmirspor"un heyətində 27 rəsmi matçda 12 qol vurub və 6 məhsuldar ötürmə edib.
Səbuhi Həsənov