
Çində zooparkların birində dünyaya gələn fil anası tərəfindən rədd edilib.
"Qaynarnifo" xarici KİV-ə istinadən xəbər verir ki, dünyaya gətirdiyi balasından imtina edən ana fil onu əvvəlcə təpikləyib, daha sonra isə yuvasından kənara atıb.
Balanı ananın əlindən alan baxıcılar onu başqa bir kameraya salıblar. Burada 5 saat dayanmadan ağlayan bala fil hər kəsi kövrəldib. Heyvanı zoopark işçiləri sığallayaraq təsəlli ediblər.
Qeyd edək ki, heyvanların öz balalarından imtina etməsi tez-tez görülən bir hadisədir. Əgər heyvan stres altında yaşayırsa, dünyaya gətirdiyi balasını döyür, bəzən də öldürür.
Qaynarinfo.Az