Xəbər lenti

Ancaq təcrübəli Heydər Əliyev sona qədər bundan imtina etdi... - Ekspert
Ölkə08:23 08.07.2021

Ancaq təcrübəli Heydər Əliyev sona qədər bundan imtina etdi... - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hökumət gəlirlərin ədalətli bölgüsünə çalışmalı, korrupsiya risklərini azaltmalı və kommunal xidmətləri ucuzlaşdırmalıdır. Əks halda kortəbii sosial partlayışlar qaçılmaz olacaq”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Qadir İbrahimli sosial fəlakətə aparan yolların səbəblərini izah edərkən deyib. O bildirib ki, təxminən 24-25 il qabaq Azərbaycan büdcəsinin gəlirləri 500-600 milyon dollar idi:
"Ölkədə pul çatışmazlığı vardı və buna görə də hökumət Dünya Bankı və Beynəlxalq Fondundan kredit almaq üçün intensiv danışıqlar aparırdı. Təbii ki, qarşı tərəfin öz şərtləri var idi və şərtlərdən biri də kommunal xidmətləri bahalaşdırmaq idi. Ancaq təcrübəli Heydər Əliyev başqa şərtləri qəbul etsə də, kommunal xidmətləri bahalaşdırmaqdan sona qədər imtina etdi. Çünki xalqın vəziyyətini gözəl bilirdi... Azərbaycana böyük neft dollarları axmağa başlayanda isə hökumət gəlirlərin ədalətli bölgüsünü təmin etmək əvəzinə, kommunal xidmətləri fantastik həddə bahalaşdırdı. 2003-cü ilə qədər qazın 1 kubmetri 0,6 qəpik idisə, indi güzəştli limit belə 17 dəfə bahalaşıb (10 qəpik), güzəştsiz limit isə (20 qəpik) 33 dəfə bahalaşıb. Elektirik enerjisi 6, su 4-5 dəfə bahalaşıb”.
Qadir İbrahimli qeyd edib ki, 170 faizlik devalvasiya şokundan sonra epedemiya şokunu yaşayan Azərbaycan insanının vəziyyəti isə getdikcək pisləşməyə doğru gedir:
"Rusiyadan pul axını (regionların əsas maliyyə qaynağı) kəskin azalıb, iş yerləri qapadılır, sosial vəziyyət pisləşir. Ancaq kommunal ödənişlər kəllə-çarxdadır. O biri tərəfdənsə, kommunal nəzarətçilər çox pis tərbiyə olunmuş adamlardan formalşdırılır, gəlib işığı, suyu, qazı kəsirlər və at kimi dirənirlər ki, kimə istəyirsən, şikayət et. Yəni Baş prpkuroru da, məhkənəni də hərləmirlər. Ölkədə potensial sosial partlayışların əsas mənbəyi də budur - bahalı kommunal xidmətlər və heç kimi hərləməyən nəzarətçilər... Yeri gəlmişkən, 24-25 il qabaq ölkənin büdcə gəlirləri 500-600 milyon dollar idi, ancaq 15 il qabaq Ziya Məmmədov bu məbləği "Gənclik”də bir yol dairəsinin titintisinə sildi. 
Adamın suyu, işığı, qazı kəsilirsə, uşağını normal qidalandıra bilmirsə, xəstəsinin müalicəsinə pul tapa bilmirsə, bütün şit təbligatlar sabun köpüyüdür və bədəli mütləq olacaq”.
Bahar Rüstəmli