Xəbər lenti

Ankara terrorçusunun atası danışdı: "Cənazəsini qəbul etmirəm..."
Dünya22:16 14.03.2016

Ankara terrorçusunun atası danışdı: "Cənazəsini qəbul etmirəm..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ankaranın Qızılay meydanında bombalı terror hücumu törətdiyi iddia edilən 24 yaşlı Səhər Çağla Dəmirin ailəsindən DNT testi üçün qan nümunəsi götürülüb.
Şübhəlinin ailəsi 30 il əvvəl Qarsdan Marmaraya köçüb.
Məlumata görə, Səhər Dəmirin atası 2012-ci ildə qızını Balıkəsir universitetində qeydiyyatdan keçirdikdən sonra ondan xəbər ala bilmədiyini və qızının axtarışa verildiyini bildirib.
S.Dəmirin atası bunları deyib: “Universitetdə qeydiyyatdan keçdikdən sonra qızımdan xəbər ala bilmədim. İtkin düşdüyü üçün axtarışa verilmişdi. Əgər belə bir hadisədə əli varsa, cənazəsini qəbul etmirəm”. (musavat.com)
Qaynar.info