Xəbər lenti

Ankarada aksiyaçılarla polis arasında qarşıdurma
Dünya05:25 18.06.2013

Ankarada aksiyaçılarla polis arasında qarşıdurma

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gezi Parkla bağlı bir qrup şəxs Kennedi küçəsində barrikada quraraq, yolu kəsmək istəyərkən, polisin müdaxiləsinə məruz qalıb.

"Anadolu" agentliyin məlumat verir ki, axşam saatlarında Tunalı Hilmi küçəsindən Kennedi küçəsinə yürüş etmiş qruplar qurduqları barriakadalara od vrurublar.

Polisin dağılmaqla bağlı tələblərinə daşlarla qarşılıq verən qrupların hərəkətlərinə son vermək üçün gözyaşardığı qazdan və su sırnaqlarından istifadə edilib.

Yandırılmış barrikadalar təmizlənərək, yol açılıb.

Qeyd edək ki, hadisə yerində bir vətəndaşın səhhətində problemlər yaranıb.

Polisin ilkin yardımından sonra şəxs xəstəxanaya aparılıb. // Trend