Xəbər lenti

Ankarada terrorçu-kamikadze tutuldu
Dünya20:23 21.04.2016

Ankarada terrorçu-kamikadze tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ankarada terrorçu-kamikadze olduğu ehtimal edilən şəxs saxlanılıb.
APA-nın verdiyi xəbərə görə, polis əməkdaşları Suriya ilə həmsərhəd Hatay əyalətindən gələn sərnişin avtobusunu yoxlayarkən sərnişinlər arasında İstanbul məhkəməsinin qərarı ilə axtarışda olan şəxsi aşkar ediblər.
Saxlanılan şəxsin 26 yaşlı Qars sakini olduğu bildirilir. Onun “Əl Qaidə” terror təşkilatının üzvü olduğu və qruplaşma tərəfindən kamikadze qismində terror aktı törətməyə hazırlandığı qeyd olunur.
Qaynarinfo.az