Xəbər lenti

Antibiotiklər ev şəraitində necə istifadə olunmalıdır?
Video 20:00 19.07.2025

Antibiotiklər ev şəraitində necə istifadə olunmalıdır?

Son zamanlar müzakirə olunan aktual məsələlərdən biri də antibiotiklərin həkim nəzarəti olmadan istifadəsidir.

Bəzən ağrını qısa müddətdə aradan qaldırmaq istəyi insanları antibiotikdən asılı vəziyyətə salır. Əksəriyyət isə bu preparatların ciddi fəsadlara səbəb ola biləcəyindən xəbərsizdir.

Mütəxəssislər ev şəraitində, həkim məsləhəti olmadan antibiotik istifadəsini düzgün hesab etmirlər.

Bəs xəstənin bədəninin antibiotikə qarşı reaksiya verib-vermədiyini necə müəyyən etmək olar?

Terapevt Samirə Qəribova bildirir ki, inyeksiya şəkilində olan antibiotiklərdən istifadə olunmazdan öncə mütləq dərialtı sınaqlar qoyulmalı və 20 dəqiqə gözlənilməlidir. Əgər inyeksiya yerində qızartı, ağrı və şişkinlik, eləcə də xəstədə boğulma, təngnəfəslik, ürəkdöyünməsinin artması kimi hallar müşahidə olunmazsa, bu, antibiotikə qarşı allergik həssaslığın olmadığını göstərir.

Həkim xəbərdarlıq edir ki, ölüm halları çox zaman antibiotiklərin anafilaktik şok deyilən güclü allergik reaksiya yaratması nəticəsində baş verir:

"Bu, insanı qəfil ölümə aparan sürətli reaksiyadır və hər bir insanda gözlənilməz şəkildə baş verə bilər. Heç kim bu haldan sığortalanmayıb".

Daha ətraflı Baku TV-nin süjetində:
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->