"Barselona"nın hücumçusu Antuan Qrizmann "Atletiko"ya qayıdıb.
Qaynarinfo xəbər verir ki, Madrid klubu fransalı futbolçunu satın alma öhdəliyi ilə bir mövsüm icarəyə götürüb. Bu halda icarə müddəti daha bir mövsüm uzadıla bilər.
Bildirilirdi ki, "Atletiko" Qrizmanın icarəsi üçün 10 milyon avro ödəyəcək, satın alınması isə 40 milyona başa gələcək.
"Barselona" Qrizmann üçün 2019-cu ilin yayında "Atletiko" ya 120 milyon avro ödəyib. Kataloniya klubu ilə hücumçu ötən mövsüm yalnız İspaniya Kubokunu qazanıb. Qrizman "Barsa"nın heyətində 102 oyuna çıxıb, 35 qol vurub.
Forvard 2014-2019-cu illərdə "Atletiko"da çıxış edib. Madrid klubu ilə 257 matçda 133 qol vurub.
"Atletiko" nun yarımmüdafiəçisi Saul Nigez isə karyerasını "Çelsi" də davam etdirəcək.
Klublar 26 yaşlı yarımmüdafiəçinin transferini təşkil etməyi bacarıblar, baxmayaraq ki, razılaşmanın artıq başa çatdığı barədə əvvəlcədən məlumat yayılmışdı.
"Çelsi" ispaniyalını 35 milyonluq geri ödəmə seçimi ilə dörd milyon avroya bir illik icarəyə götürüb.
Saul 2008-ci ildə "Atletiko” akademiyasına qatılıb və 2010/11 mövsümündə ilk komandası üçün debüt edib. Və "Barsa" Luk De Yonqun "Sevilya"dan icarəyə götürüldüyünü təsdiqləyib. Burada artıq maaşları Katalonlar ödəyəcək.
Qeyd edək ki, Avropada transfer pəncərəsi ötən axşam bağlanıb.
Alpər