Xəbər lenti

Apellyasiya şikayəti hazırlanır
Ölkə11:54 07.05.2014

Apellyasiya şikayəti hazırlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi “Nida”çı gənclərə hökm oxuyub.Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov,Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il,Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləviiğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Hökmə görə,gənclər 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotovkokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

Vəkil Əsabəli Mustafayev “Media forum” saytına bildirib ki, məhkəməninqərarını əldə edəndən sonra apellyasiya şikayəti veriləcək: “Artıqşikayətin üzərində işləyirik. Bu, böyük bir şikayət olacaq. Məhkəmə özaraşdırdığı hallara, prosesdə deyilənlərə, tədqiq olunmuş sübutlaradeyil, ibtidai istintaqın, prokurorluğun təqdim etdiyi sübutlara istinadedib. Açıq məhkəmə iclasında ictimaiyyət də gördü ki, həbs edilən üçşəxs ilk ifadələrində cinayət törətmədiklərini qeyd edib. İkinci gündindirmədə ilk günə zidd, özlərinə və digər şəxslərə qarşı ittihamediciifadələr veriblər. Məhkəmədə ifadə olundu ki, bir gün ərzində bu qədərciddi dəyişiklik onlara fiziki və psixoloji təzyiqlərdən irəli gəlir.Hakimlər buna şahid olsalar da, yenə təzyiq altında alınmış ifadələrəistinad edirdilər.

Məhkəmədə sübut olundu ki, butulkaları, narkotik maddələri tutulanlarınevlərinə axtarış aparan şəxslər və digər orqan əməkdaşları qoyub. Ancaqməhkəmə bunu sübut kimi qəbul etmədi.

Digər məqamlardan biri də Şahin Novruzlunun evindən çıxan pul idi.Müəyyən olundu ki, pulun gənclərlə heç bir əlaqəsi yoxdur. ŞahinNovruzlunun məhkəməyə ifadə verən qohumları bildirdi ki, pul onlarınolub və ailənin biznesinə dəstək olmaq məqsədilə veriblər. Bunu datəkzib edən əlavə məsələlər olmadığı halda məhkəmə yenə həmin pulaistinad edirdi. Guya iğtişaşların törədilməsinə hazırlıq gedib.

Hökm məhkəmədə təkzib olunan hallara istinadən oxundu. Biz də bu halları Bakı Apellyasiya Məhkəməsinin diqqətinə çatdırmalıyıq”.

Qaynar.info