Aprel döyüşləri Azərbaycan Ordusunun uğurlu əməliyyatı kimi tarixdə öz yerini alıb.
Həmin döyüşlərdə iştirak edən qəhrəman hərbçilərimiz strateji yerləri düşməndən azad edərək üçrəngli bayrağımızı sancdılar.
Aprel döyüşlərində cəbhənin bir necə istiqamətində gərgin döyüşlər olub. Ordumuz düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Həmin vaxt mövqelərini qoyub qaçan erməni əsgərləri artıq Azərbaycan Ordusunun gücünü, qüdrətini döyüş meydanında görürdü. Düşmənin qorxulu kabusu isə Xüsusi Təyinatlı Qüvvələrin mənsubları idi.
Altı il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar ordumuzun şəxsi heyəti üçün mühüm sınaq və döyüş təcrübəsi oldu.
Aprel döyüşlərinin qaziləri - Ayaz Cumayev və Elnur Zəkərəliyev təəssüratlarını bölüşüblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
<iframe width="662" height="371" src="https://www.youtube.com/embed/k15BJEGDXWQ" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">