Xəbər lenti

Aprel döyüşlərində şəhid olan pilotun adı əbədiləşdirildi
Ölkə12:46 12.07.2016

Aprel döyüşlərində şəhid olan pilotun adı əbədiləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin aprelində Qarabağda baş verən bir neçə günlük şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olan hərbi pilotlarımızdan Əbubəkr İsmayılovun adı əbədiləşdirilib. 

Şəhidin adı doğulub boya-başa çatdığı Kürdəmir şəhərinin mərkəzi küçələrindən birinə verilib. Artıq küçədə şəhidin adının həkk olunduğu lövhələr bərkidilib.

Qeyd edək ki, Ə.İsmayılov Kürdəmirdə dəfn edilib.(Lent.az)

Qaynarinfo.Az