“Ermənilər bundan istifadə ediblər. Bunu adi adam yazmayıb axı. Azərbaycanın bütün titullarını almış, xalq yazıçısı, bu yazıya qədər millətin sevgisini də qazanmış və dünyada az-çox Azərbaycan ədəbiyyatında tanınanlardan biri deyirsə ki, türklər murdardılar, bu, ermənilərə sərf edir”.
Bunu Qaynar.info-ya xalq yazıçısı, Milli Məclisin deputatı Aqil Abbas yazıçı Əkrəm Əylislinin “Daş Yuxular” romanının erməni dilinə tərcümə edilməsinə münasibət bildirərkən deyib. A.Abbas bildirib ki, bunu sözləri erməni yazıçısı desəydi, ona inanmayacaqdılar: “Hazırda bunu Azərbaycan yazıçısı deyir. Tutaq ki, bir erməni yazıçısı ermənilərin namussuzluğu, muradlığı haqqında haqqında əsər yazsa, biz də onu Azərbaycan dilinə tərcümə edib, çap edəcəyik. Baxın, belə şeylər olur. Məsələn, Amerikada yaşayan hansısa erməni ermənilərin etdiklərinə haqq qazandırmır. Həmin dəqiqə də biz onu dərc edirik. Şarl Aznavurun dediklərini yazmadılarmı? Bu əsər də onlara sərf edir, ona görə tərcümə ediblər”.
Xalq yazıçısı Əkrəm Əylislinin “Daş Yuxular” romanını və Rüstəm İbrahimbəyovun ermənilər haqqında dediklərini sərt tənqid edib: “Azərbaycana mənfi təsir göstərən təkcə bu əsər deyil ki. Rüstəm İbrahimbəyovun dedikləri də burada rol oynayır. Elə bil, burada bir əl işləyir. Bu təxribatlar davam edəcək, amma heç nə edə bilməyəcəklər. Sadəcə, qan qaraldan, ürək bulandıran bir şeydir. Bir romanla nə məhv olan deyilik, nə də erməni qalib gələn deyil”.