Xəbər lenti

Ekonomiks 12:16 19.07.2023

“AQTA yerli istehsala nəzarət edə bilmir” - Ekspert

"Azərbaycanda belə xəstəliklər yayılırsa, deməli, Qida Təhlükəsizlik Agentliyinin (AQTA) işi qənaətbəxş deyil".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Rusiyanın Azərbaycandan pomidor idxalına qadağa qoymasına aydınlıq gətirərkən deyib.

O bildirib ki, Qida Təhlükəsizlik Agentliyinin öz əsasnaməsində nəzərdə tutduğu Azərbaycan məhsullarının xarici bazara çıxarılmasında Rusiya bazarı ilə bağlı apardığı işləri uğurlu hesab olunurdu: 



"Azərbaycan malları çoxdan Avropa bazarına çıxmalı idi. Yalnız Qida Təhlükəsizlik Agentliyi fəxrlə deyirdi ki, Rusiya bazarına məhsulu çıxartmaq üçün danışıqlar aparmışıq, tərəflərlə müqavilə imzalanıb. Qida Təhlükəsizlik Agentliyi öz əsasnaməsində nəzərdə tutulan hədəflərin əksəriyyətinə çata bilmir. Qurum üç ildir yaranıb, Rusiya bazarına da məhsul çıxara bilmirsə, deməli, onların apardığı iş düzgün qurulmayıb”.

Eyyub Hüseynov deyir ki, AQTA yerli istehsala nəzarət edə bilmir: 

"Ya da nəzarət etmək istəmir. Belə bir anormal hadisə baş verib. Bu virus insanlar üçün zərərli deyil. Yalnız bitkiçilik üçün zərərlidir. Pomidor yetişdirilməsi istiqamətində böyük problemlər yarada bilər. Virus ölkədə geniş yayıla bilər və onun qarşısını almaq çətin ola bilər. AQTA hər şeyi öz üzərinə götürüb, guya monitorinq işləri aparır, vəziyyəti yaxşılaşdırır və s. Biz bir daha agentliyin işinin yartmaz səviyyəsini müşahidə etdik”. 

Qeyd edək ki, Rusiya Azərbaycandan pomidor idxalına qadağa qoyub. İyulun 8-də Azərbaycandan ixrac edilən 16 ton təzə pomidor partiyasına baxış  zamanı məhsulda Avrasiya İqtisadi İttifaqının ərazisində olmayan Cənubi Amerika pomidor güvəsi (zərərli orqanizm) aşkar edilərək qeri qaytarılıb. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->