İndoneziyanın Bali adasında yerləşən Aqunq yanardağında növbəti partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, partlayış səbəbilə vulkan külləri 2 km yüksəyə qalxıb, lava isə 2 km məsafəyə yayılıb. Partlayış 7 dəqiqə ərzində davam edib. Vulkanın 4 km yaxınlığı "təxliyyə bölgəsi" elan edilib.
Qeyd edək ki, ötən günlərdə vulkan külü səbəbilə adaya çox sayda təyyarə səfəri təxirə salınmışdı.
Gülşən