Xəbər lenti

Araq içdiyi deyilən uşaqlarla bağlı açıqlama (VİDEO)
Ölkə16:42 30.08.2018

Araq içdiyi deyilən uşaqlarla bağlı açıqlama (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkədə 7-11 yaş arasında olan bir qrup uşağın sprirtli icki qəbul etməsi ilə bağlı videogörüntü yayılıb.
Qaynarinfo AzNews.az-a istinadən xəbər verir ki, videogörüntüdə uşaqlar gələcək arzularını dilə gətirir, dostlarının şərəfinə badə qaldırırlar.
Kiçik yaşlı uşaqların spirtli içki qəbul etməsini əks etdirən bu video böyük narazılıq yaradıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, sözügedən videogörüntü hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır:
"Videodan görünür ki, uşaqlar tamaşa hazırlayıblar. Əllərindəki də içki deyil. Lakin onların kimliyini tapmaq hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir”.