Xəbər lenti

Araz Ağalarov Azərbaycan gözəli ilə - FOTO
Ölkə07:55 29.10.2013

Araz Ağalarov Azərbaycan gözəli ilə - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanlı iş adamı Araz Ağalarovun ölkəmizi Rusiyada keçiriləcək “Kainat gözəli-2013” yarışmasında təmsil edəcək Aysel Manafova ilə fotosu yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, foto Ağalarovun rəsmi instagram səhifəsində paylaşılıb. 

Xatırladaq ki, Azərbaycan ilk dəfə “Kainat gözəli-2013”  gözəllik müsabiqəsində iştirak edəcək. Ölkəmizi bu müsabiqədə təmsil edəcək Aysel Manafova  “Miss Azərbaycan- 2012” müsabiqəsinin qalibidir. Müsabiqə 60 ildən sonra ilk dəfə Rusiyada reallaşacaq. Emin və Araz Ağalarov ailəsinin təşkilatçılığı ilə keçiriləcək yarışma dünya standartlarına cavab verən “Krokus Siti Holl”da baş tutacaq. Şou iki mərhələlidir. Noyabrın 5-də yarımfinal, noyabrın 9-da isə final mərhələsi baş tutacaq.

Qaynar.info