Xəbər lenti

"Araz-Naxçıvan"dan daha bir transfer
İdman11:16 24.07.2023

"Araz-Naxçıvan"dan daha bir transfer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən "Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
 
Qaynarinfo-nun məlumatına görə, Bosniya və Herseqovinalı mərkəz müdafiəçisi Numan Kurdiç bu gün Bakıya gəlib. Tibbi müayinədən keçən futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Ampluası mərkəz müdafiəçisi olan 24 yaşlı futbolçu karyerası ərzində "Sarayevo”, Serbiyanın "Novi Pazar”, Albaniyanın "Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçika çempionatının "Molenbeek” komandasında keçirib.
Futbolçu bu gun komandanın Qəbələdəki toplanışına qoşulacaq.
Səbuhi Həsənov