1657Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.
Qaynarinfo-nun məlumatına görə, klub daha bir transfer həyata keçirib. Klubdan verilən məlumata görə Elvis Maşike ilə birillik müqavilə imzalanıb. Bu gün Bakıya gələn konqolu yarımmüdafiəçi mərkəz hücumçusu kimi də çıxış edə bilir. O, tibbi müayinədən keçib və komandaya qoşulub.
186 sm boya malik futbolçu hücumda da oynamaq qabiliyyətinə malikdir. Onun sonuncu klubu Malta təmsilçisi "Xamrun Spartan” olub. Buna qədər isə müxtəlif illərdə Çexiya və Slovakiya təmsilçiləri "Jilina”, "Seniça”, "Slovan”, "Viktoriya”, "Visehrad”, "Zvolen”, "Çeçka”, "Loko Vltavin”, "Sered” və "Banik Ruzina”da çıxış edib.
Səbuhi Həsənov